Xəbər lenti

Donald Tusk: Rusiya da SSRİ kimi silahlanma yarışını uduzmalıdır
Dünya 16:08 06.03.2025

Donald Tusk: Rusiya da SSRİ kimi silahlanma yarışını uduzmalıdır

Polşanın baş naziri Donald Tusk deyib ki, Rusiya Soyuq müharibə dövründə Sovet İttifaqında olduğu kimi silahlanma yarışını uduzmalıdır.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Avropa İttifaqının Brüssel sammitinə gedərkən danışıb.

Tusk bildirib ki, Rusiya Ukraynada münaqişəyə başlayandan sonra silahlanma yarışına start verib. Avropa İttifaqı müdafiədə lazımi tədbirlər görsə, mövcud silahlanma yarışında qalib gələcək.

"Avropa bu çağırışa və silahlanma yarışına cavab verməli və qalib gəlməlidir. Mən əminəm ki, Rusiya silahlanma yarışında uduzacaq. Çünki Sovet İttifaqı 30 il əvvəl oxşar silahlanma yarışında uduzmuşdu", deyə Tusk bildirib.

Polşanın baş naziri bildirib ki, bu gün qitədə nikbinliyə əsas yoxdur və Avropa bütün məsuliyyətin onun üzərində olduğunu dərk etməlidir.

Fövqəladə Aİ sammiti martın 6-da Belçikanın paytaxtında baş tutacaq. Tədbirin əsas mövzularının Ukraynaya yardım və Yenidən silahlanma Avropa proqramının təsdiqi olacağı gözlənilir. Sonuncu təhlükəsizlik sahəsində ABŞ-dan asılılığı azaltmaq üçün zəruri olan Birliyə üzv ölkələrin hərbi potensialının artırılmasını və bu məqsədlər üçün 800 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutur.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->