Xəbər lenti

Türkiyə Rusiya hərbi-sənaye kompleksinə ABŞ elektronikasının tədarükünü blokladı
Dünya 15:43 23.10.2024

Türkiyə Rusiya hərbi-sənaye kompleksinə ABŞ elektronikasının tədarükünü blokladı

Türkiyə rəsmi açıqlama vermədən ixracatçılarına ABŞ hərbi məhsullarının Rusiyaya tədarükünə qadağa qoyub. Bu, Vaşinqtonun Qərbin sanksiyalarına qoşulmayan və Rusiya-Ukrayna münaqişəsində neytrallığını qorumağa çalışan Ankaranı Rusiya hərbi-sənaye kompleksini dəstəkləməyin "nəticələri” ilə hədələməsindən sonra baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” məlumat yayıb.

Məsələdən bilavasitə xəbəri olan üç nəfər nəşrə bildirib ki, Türkiyə hakimiyyəti son həftələrdə ölkənin elektron gömrük sistemində dəyişikliklər edib. ABŞ, Aİ, Böyük Britaniya və Yaponiyanın Rusiya hərbi sənayesi üçün kritik hesab etdiyi 50 "yüksək prioritet” mallar siyahısına daxil edilmiş ABŞ məhsullarının Rusiyaya göndərilməsi artıq ixracatçılara qadağan ediləcək. Bunlara raket və dronlarda istifadə olunan prosessorlar və yaddaş kartları, uzaqdan idarəetmə sistemləri, dəzgahlar və silah istehsalında istifadə olunan digər avadanlıqlar da daxil olmaqla qabaqcıl elektronika daxildir.

İki mənbənin FT-yə verdiyi məlumata görə, Aİ-dən oxşar malların tədarükü daha əvvəl bloklanıb. Mənbələrdən biri bildirib ki, məhdudiyyətlər "siyasi baxımdan həssas” bir məsələ olduğu üçün ictimaiyyətə açıqlanmır.

Co Bayden administrasiyası Türkiyə vasitəsilə Rusiyaya silah məhsullarının tədarükünü dayandırmaq üçün əhəmiyyətli səylər göstərib. Avqust ayında Amerikanın qabaqcıl texnologiyasının ABŞ düşmənlərinin əlinə keçməsinin qarşısını almağa çalışan ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod Ankara və İstanbulda türk rəsmiləri və top-menecerləri ilə görüşüb. Akselrod Türkiyə nümayəndələrinə bu cür məhsulların Rusiyaya tədarükünü əngəlləməsə, xoşagəlməz "nəticələr” barədə xəbərdarlıq edib.

"Biz inanırıq ki, Türkiyə hökuməti bizim narahatlıqlarımızı eşitdi və onları anladı. "Biz inanırıq ki, əməkdaşlığımız güclənəcək”, - Akselrod FT-nin sorğusuna cavab olaraq deyib:

Qeyd edək ki, ABŞ 2023-cü ilin dekabrında sanksiya tətbiq edilən mallarla əməliyyatlara xidmət göstərən digər ölkələrin banklarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək imkanını elan etdikdən sonra Türkiyə vasitəsilə Qərb məhsullarının tədarükü artıq əhəmiyyətli dərəcədə azalıb. Nəticədə Türkiyə bankları belə əməliyyatları həyata keçirməkdən imtina etməyə başlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->