Xəbər lenti

Dilbər Həsənəliyeva azadlığa çıxmaq istəyir - 333 min mənimsəmədə ittiham olunub
Ölkə 15:59 23.10.2024

Dilbər Həsənəliyeva azadlığa çıxmaq istəyir - 333 min mənimsəmədə ittiham olunub

Bakıda bir ailənin 333 min manatdan artıq pulunu mənimsəyən özəl tibb mərkəzinin kardioloq həkimi Dilbər Həsənəliyeva azadlığa çıxmaq üçün kassasiya şikayəti verib. 

Qaynarinfo-nun məlumatına görə, Həsənəliyeva Dilbər Səfər qızı Ali Məhkəməyə müraciət edərək barəsindəki ittihamedici qərarın ləğv edilməsini istəyir. İşə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq. 


Qeyd edək ki, xanım həkim hotel və tikinti biznesinə sərmayə qoymaq adı ilə bir ailənin üç nəfərinin (Məmmədov Mürsəl Nəriman oğlu, Məmmədova Gültən Nəriman qızı, Məmmədova Aytən Nəriman qızı) 333 677 098 manatını alaraq mənimsəyib. 

Məhkəmənin qərarı ilə Dilbər Həsənəliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 8 il müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->