Xəbər lenti

Polkovnik-leytenantla FHN arasında nə baş verir?
Ölkə 17:33 23.10.2024

Polkovnik-leytenantla FHN arasında nə baş verir?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin keçmiş əməkdaşı, polkovnik-leytenant Rəşad Feyzullayevlə sözgedən nazirlik arasındakı məhkəmə çəkişməsi davam edir. 

Qaynarinfo xəbər verir ki, Bakı İnzibati Məhkəməsində iddiası təmin edilməyən Rəşad Feyzullayev qərardan apellyasiya şikayəti verib. 

Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə baxılacaq. 

Rəşad Feyzullayev 2022-ci ildə işdən azad edilib. Açıq mənbələrdə onunla FHN arasındakı məhkəmə çəkişməsinin detalları barədə məlumat olmasa da, iddia olunur ki, polkovnik-leytenant işə bərpa olunmasını tələb edir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->