Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) "X"dəki hesabında bildirib.
Bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı məlumat aldıq. İran Xarici İşlər Nazirliyimiz vasitəsilə ölkəmizdən gecə görünüşlü axtarış-xilasetmə helikopter istədi. Van və Ərzurum vilayətlərindəki qurumlarımızdan 32 alpinist axtarış-xilasetmə heyəti və 6 nəqliyyat vasitəsi əraziyə getmək üçün yola düşdü. Bundan əlavə, Ankara, Diyarbəkir və Konyadan olan hər biri 15 nəfərdən ibarət alpinist axtarış-xilasetmə heyətimiz hazır vəziyyətdədir. Hadisələri izləyirik”, - AFAD qeyd edib.
Qeyd edək ki, İranda Prezidentin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb. Hazırda helikopterin axtarışları davam etdirilir.
Şərhlər