Xəbər lenti

Paşinyandan kilsəyə qarşı həlledici zərbə: II Qaregin dövrü bitir?
Dünya 12:32 16.02.2026

Paşinyandan kilsəyə qarşı həlledici zərbə: II Qaregin dövrü bitir?

"Xaricdən və daxildən aldığı dəstək sayəsində Nikol Paşinyan II Qareginin timsalında kilsə hakimiyyətinin təsir gücünü nəhayət zəiflədəcək. Bu isə həm də II Qareginin sonu demək olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistanda katolikos II Qareginə qarşı cinayət işinin başlanması fonunda revanşistlərin son dayağının nəhayət sıradan çıxarılması ehtimalını şərh edərkən deyib. 

Ekspert qeyd edib ki, Ermənistanda Paşinyan hakimiyyətinin katolikos II Qareginə qarşı götürdüyü kurs əslində təbii səbəblərlə bağlıdır:

"Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə əngəl yaradan əsas üç subyekt var. Bunlardan biri Ermənistanda mifik gücə malik və erməni xalqının beynini zəhərləyən kilsə hakimiyyətidir. Paşinyan da bilir ki, kilsə hakimiyyətindəki vəziyyət bu cür davam etsə, sülh müqaviləsinin imzalanması mümkünsüz hala gələ bilər. Yəni kilsə hakimiyyəti qaldıqca, onlar revanşistlər, böyük Ermənistan xəstəliyinə tutulan ermənilər üçün əsas rupor rolunu oynamaqda davam edəcəklər. Ona görə də Paşinyan kilsə hakimiyyətinji neytrallaşdırmaq istəyir. Əsas kimi də II Qareginin subaylıq andını pozması göstərilir".
 


Müsahibimiz bildirib ki, Ermənistan konstitusiyasına gözlənilən dəyişikliklərdə kilsənin dövlət idarəçliyinə müdaxilə imkanları da məhdudlaşdırıla bilər: 

"Paşinyan revanşistləri də neytrallaşdırmaq istəyir. Bilir ki, Koçaryan və Sarkisyanın rəhbərlik etdiyi revanşistlər neytrallaşmasa sülh və normallaşma prosesi də mümkünsüzdür. Paşinyan həmçinin sülhə əngəl olan xaricdəki erməni diasporunu da neytrallaşdırmaqda maraqlıdır".

Konfliktoloq Ermənistanda ictimai rəyin də Paşinyanın xeyrinə olduğu qənaətindədir: 

"Güman ki, Paşinyan kilsə hakimiyyəti üzərində qələbə çalacaq. İctimai rəy də Paşinyanın xeyrinədir. O, habelə Qərbdən də dəstək alır. Bu dəstək ona imkan verəcək ki, nəhayət Ermənistanda kilsə hakimiyətinin təsir gücünü de-fakto zəiflədə bilsin. Hətta Paşinyan seçkilərə qədər buna nail olacaq".

Qeyd edək ki, Ermənistanda bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi başlanıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub. Bu barədə vəkil Ara Zoqrabyan "Sputnik Ermənistan"a bildirib.

Vəkil qeyd edib ki, bu addım keşiş Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq barədə ittihamla əlaqəlidir.

Rüfət Sultan
--> -->