400 adda dərman və dərman ləvazimatlarının Azərbaycana gətirilməsində problem yaranıb.
Bu barədə Qaynarinfo-ya aptek satıcıları məlumat verib.
Onların sözlərinə görə, 400 adda dərmanın ölkəyə gətirilməsi dayanıb. Satıcılar həmin dərmanların ölkəyə girişinə maneə olan səbəbləri bilmədiklərini deyiblər.
Səviyyə Nazirliyinin Analitik Ekspertiziya Mərkəzinin rəsmisi Mətin Məcidli Qaynarinfo-ya açıqlamasında bildirib ki, dərmanların gətirilməsi məsələsi AEM-in səlahiyyətində deyil:
"Qanuna əsasən, dərmanları topdansatış əczaçılıq müəssisələri gətirir. Biz yalnız rəsmi yolla idxal edilən dərmanların sənədlərinin uyğunluğunu yoxlayır, laborator analizini aparır və idxalına icazə veririrk. Bizə ümumiyyətlə, hansısa dərmanın çatışmadığı barədə də heç bir şikayət daxil olmayıb".
Farmokoloq Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycana hansısa dərmanın gətirilməsində 3 problem yarana bilər:
1. Əgər qeydiyyatı yoxdursa, bu başqa mövzudur, həmin problem indi yaranmayıb, həmişə olub.
2. Qiymət uyğun deyilsə. Buna isə Tarif Şurası baxır. Onlar bəzən elə qiymətlər qoyurlar ki, şirkətlərə mal idxalı sərf etmir.
3. İstehsalçının dərmanı satmaması və ya prosesin dayanması. Bu çox nadir baş verən hadisədir.
Müşfiq Hüseynov hesab edir ki, bu böyüdüləcək bir məsələ deyil:
"Azərbaycanda az qala 30000 adda müxtəlif dərman və tibbi məhsullar var. Hər dərmanın azı 2-3 alternativi mövcuddur. Yerli istehsal dirçəldikcə ümumiyyətlə, problem qalmayacaq".
Bahar Rüstəmli
Şərhlər