Xəbər lenti

TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
Ölkə 17:03 16.02.2026

TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq

Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.

Manset.az Anar İsrafilovla əlaqə saxlayıb. O, yeni qısa açıqlama verib:

"Hələ ki, yeni təyin olunmuşam. Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. İndi bu barədə nəsə deyə bilmirəm".

Qeyd edək ki, Anar İsrafilov 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavinidir.

--> -->