Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ ilə öz ölkəsinin xeyrinə əməkdaşlıq etməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp Floridada keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rodriqes öz mövqeyini ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında ifadə edib.
"Marko şəxsən bu məsələ üzərində işləyir. O, indicə onunla Rodriqeslə danışıb və o, Venesuelanı yenidən əzəmətli etmək üçün lazım olduğunu düşündüyümüz hər şeyi etməyə hazırdır", - Tramp bildirib.
Eyni zamanda, Amerika Prezidenti qeyd edib ki, müxalifət lideri Maria Korina Maçado Venesuelanın rəhbəri ola bilməz, çünki onda lider keyfiyyətləri yoxdur.
Şərhlər