Beyləqən Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı A.Süleymanova tibbi sertifikat almaq istəyərkən dələduzluqla üzləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Qızıl Əllər" tədris mərkəzində kurs keçən A.Sülemanovaya bildirilib ki, tibbi serifikatı olmayacağı təqdirdə işdən çıxarılacaq.
Bundan sonra o, sertifikat almaq üçün yollar aramağa başlayıb. Ortaq tanışlarının vasitəsi ilə tanıdğı İ.Müslümov adlı şəxs problemi həll edəcəyinə dair vəd verərək bunun müqabilində ondan 6000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
A.Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra İ.Müslümov saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətim imkan tədbiri seçilib. Cinayət işinə Qaradağ Rayon Məhkəməsində Emin Fətəliyevin sədrliyi ilə baxılıb.
İ.Mürsəlov məhkəmədə özünü verilmiş ittiham üzrə təqsirli bilib. Əməlindən peşman olduğunu deyən müttəhim dəymiş zərəri tam şəkildə ödədiyini bildirərək hakimdən ona yüngül cəza verilməsinin xahiş edib.
Məhkəmənin hökmü ilə İ.Müslümova 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər