Hazırda ölkədə sel və daşqınların təsirinə məruz qalmış bölgələrdə yoluxucu xəstəliklərin artımı müşahidə edilmir.
Qaynarinfo bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət tam stabildir:
"Buna baxmayaraq, xəstəliklərin profilaktikası istiqamətində tədbirlər davam etdirilir və vəziyyət daim nəzarətdə saxlanılır".
"Yoluxma riskini minimuma endirmək üçün vətəndaşlara bir daha şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri, əllərini mütəmadi yumaları və hər hansı xəstəlik əlaməti hiss etdikdə dərhal tibb müəssisələrinə müraciət etmələri tövsiyə olunur", - deyə məlumatda qeyd olunub.
Şərhlər