Xəbər lenti

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik etdi
Siyasət 15:21 08.04.2026

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

Məsud Pezeşkian bu təbriklərə və Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

--> -->