ABŞ-ın texnologiya nəhəngi "Microsoft" Yaponiyada süni intellekt və bulud texnologiyalarının inkişafına böyük məbləğdə investisiya edəcək. Şirkət bu məqsədlə ölkəyə 1,6 trilyon yen (təxminən 10 milyard dollar) sərmayə yatırmağı planlaşdırır.
Qaynarinfo-nun "Kyodo" agentliyinə istinadən məlumatına görə, "Microsoft" korporasiyasının sədr müavini və prezidenti Bred Smit Tokioda Yaponiyanın baş naziri Takaiçi Sanae ilə görüşüb
Görüş zamanı Smit bildirib ki, şirkət süni intellekt və bulud hesablamaları üzrə infrastrukturun gücləndirilməsi üçün bu iri investisiya qərarını verib. Onun sözlərinə görə, 2026–2029-cu illəri əhatə edən plan çərçivəsində Yaponiyanın "SoftBank Group Corporation" və internet xidmət provayderi "Sakura Internet Inc." ilə əməkdaşlıq ediləcək.
Smit vurğulayıb və əlavə edib ki, bu addım ölkə iqtisadiyyatının gələcək inkişafına ciddi dəstək verə bilər.
Baş nazir Takaiçi isə bu qərarı müsbət qiymətləndirərək bildirib ki, sərmayə Yaponiyanın məlumat suverenliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Günay
Şərhlər