Xəbər lenti

Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünya 19:37 12.03.2025

Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı yeni cinayət işi açılıb.


"Qafqazinfo” xəbər veirr ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.


Qeyd edilib ki, o, hakimiyyəti dövründə külli miqdarda pulu mənimsəməkdə ittiham olunur.


Sarkisyana qarşı 18 xüsusi külli miqdarda mənimsəmə, külli miqdarda çirkli pulların yuyulması və üç maddə üzrə bu növ əməllərə yardım ittihamı irəli sürülüb.


Onunla bağlı ölkədən çıxmamaq barədə yazılı öhdəlik seçilib.


Qeyd edək ki, Ermənistanın sabiq prezidenti həm də dövlət büdcəsindən təxminən yarım milyard məbləğində vəsaitin oğurlanmasını təşkil etməkdə ittiham olunur. Birinci instansiya məhkəməsi ona bəraət versə də, prokurorluq apelyasiya şikayəti verib.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->