Xəbər lenti

143 milyonluq yeyinti işində daha bir hökm - 10 il həbs verildi!
Ölkə 20:12 12.03.2025

143 milyonluq yeyinti işində daha bir hökm - 10 il həbs verildi!

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun məhkəmə araşdırması tamamlanıb.


"Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.


Elvin Cəfərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, E.Cəfərov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti faktı üzrə  Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaqla həbs edilib. Onun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->