"YouTube" ilə rəqabət və televiziya bazarına giriş planları: "Netflix" böyümə strategiyasını davam etdirməkdə israrlıdır və "hələ yolun başındayıq" mesajını verir.
Qaynarinfo xəbər verir ki, şirkət bu il kontent istehsalına təxminən 18 milyard dollar ayırmağı planlaşdırır və bu məbləğin daha da artacağı ehtimal edilir.
"Netflix"in maliyyə direktoru Spenser Nyuman ötən həftə keçirilən "Morgan Stanley" Texnologiya, Media və Telekom Konfransında çıxış edərək, "Hələ zirvədə deyilik, yolun əvvəlindəyik" ifadəsini işlədib və şirkətin böyüməyə fokuslandığını vurğulayıb.
Ötən il kontent istehsalına 16,2 milyard dollar xərcləyən "Netflix", bu il büdcəsini artıraraq canlı yayımlar sahəsində də fəaliyyətini genişləndirir. WWE-nin "Monday Night Raw" proqramı, Con Maleninin gecə tok-şousu və Keti Teylor ilə Amanda Serrano arasındakı canlı boks qarşılaşması bu strategiyanın bir hissəsidir.
"Hər sahədə böyümək üçün imkanlar görürük və böyümə rejimində qalmaqda qərarlıyıq" deən Nyuman şirkətin gələcək planlarını açıqlayıb. O, həmçinin "Netflix"in istifadəçilərə "hər dollar üçün daha çox əyləncə" təqdim etməyi hədəflədiyini bildirib.
İlin əvvəlində bir çox ölkədə abunəlik qiymətlərini artıran "Netflix", abunəçi sayını 300 milyona çatdırmağa nail olub. Bununla belə, şirkət son iki ildir ki, "Nielsen"in ən çox izlənilən yayım platformaları siyahısında birinci olan "YouTube" ilə rəqabətini davam etdirir.
Bundan əlavə, Nyuman "Netflix"in ənənəvi televiziya yayım bazarına da daxil olmaq istədiyini vurğulayaraq "Bu, nə bizim, nə də rəqiblərimizin tam mənimsəyə bildiyi bir sahədir" deyib.
Aydın
Şərhlər