Xəbər lenti

Rusiya ordusu Sudcaya daxil oldu, döyüşlər davam edir - KİV
Dünya 16:11 12.03.2025

Rusiya ordusu Sudcaya daxil oldu, döyüşlər davam edir - KİV

Rusiya ordusu Kursk vilayətinin Sudca şəhərinə daxil olub, döyüşlər davam edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Suspilne" məlumat yayıb və Kursk vilayətində yerləşən bir hərbi bölmənin döyüşçüsünə istinad edib.  

"Bu, rusiyalıların Yunaqovka-Sudca yolunu – Sumı vilayətindən şəhərə gedən əsas marşrutu atəş nəzarətinə götürməsi fonunda baş verib", – deyə məlumatda bildirilir.  

Qeyd olunur ki, Rusiya təbliğatçıları şəhərin mərkəzində olduqlarını iddia edən hərbçilərin görüntülərini yayıblar, lakin videonun nə vaxt çəkildiyi bilinmir.  

DeepState monitorinq layihəsinin 11 mart tarixinə olan xəritəsi də Rusiyanın şəhərin şərq hissəsində, Mirnı qəsəbəsi istiqamətində irəlilədiyini göstərir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->