Xəbər lenti

Rusiyada kərə yağı bahalaşdı, istehlakı azaldı
Dünya 13:24 21.10.2024

Rusiyada kərə yağı bahalaşdı, istehlakı azaldı

Kərə yağı və marqarinin pərakəndə satışı Rusiyada 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrına qədər 1,3% azalıb. 

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, eyni zamanda, süd məhsullarının demək olar bütün digər kateqoriyaları üzrə isə satış göstəricilərində artım qeydə alınıb: ən çox qaymaq (demək olar ki, 18%), sonra kəsmik (9,6%), xama və pasterizə edilmiş süd artıb.

Yağın bahalaşması ilə əlaqədar bu məhsula tələbat azalmağa başlayıb. Beləliklə, 7 oktyabr 2024-cü ildə 1 kq kərə yağı 1,04 min rubla başa gəlib ki,  bu da yanvarın əvvəli ilə müqayisədə 20,2% bahadır. Bu barədə "Rosstat” xidməti bildirir.

Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının məlumatına görə, sentyabr ayında alışlarda kərə yağı istehsalçı xərclərinin artması səbəbindən ilin əvvəlindən 31% bahalaşıb.

"Soyuzmolok” qiymət artımının əsas səbəbi kimi isə süd məhsullarının artan istehlakını göstərir. Bu sahədə vəziyyət 2022-ci ildə Cənubi Amerikadan və Yeni Zelandiyadan olan istehsalçıların Rusiya Federasiyasından getməsi ilə əlaqədar idxalın azalması ilə mürəkkəbləşib. Bu yaxınlarda əvvəlki tədarükçülərin dəyişdirilməsi baş verib: süd yağları Belarus, Hindistan, Qırğızıstan, Azərbaycan və İrandan gətirilir. Hazırda Rusiya Federasiyasında istehlak edilən kərə yağının təxminən 20%-i xaricdən gətirilir.

Bundan əlavə, Rusiyada yağ istehsalının artımı daha sərfəli məhsul olan qaymaq üzərində cəmlənir.

İstehsalçılar da kərə yağının satışını dayandırıb, tələbatı azaldıblar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->