Xəbər lenti

Britaniya Ukrayna üçün neçə nəfər F-16 pilotu hazırlayıb?
Dünya 13:41 23.10.2024

Britaniya Ukrayna üçün neçə nəfər F-16 pilotu hazırlayıb?

Böyük Britaniya artıq F-16 qırıcılarını idarə edəcək 200 ukraynalı pilota təlim keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Lyuk Pollard X sosial şəbəkəsində məlumat verib.

"Böyük Britaniyanın artıq 200 ukraynalı pilota təlim keçdiyini bilirdinizmi?" – britaniyalı nazir müavini yazıb.
Pollard əlavə edib ki, çərşənbə axşamı, oktyabrın 22-də o, bu yaxınlarda F-16-ları idarə edəcək RAF təlim proqramında sonuncu pilotların buraxılışında iştirak edib.
Nazir müavini qeyd edib ki, Britaniya lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək.
Daha əvvəl Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin ukraynalı pilotları Britaniyada təlimləri başa vurub və tezliklə döyüş tapşırıqlarını həyata keçirəcəklər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->