Xəbər lenti

Roma Papası Ankarada
Dünya 13:55 27.11.2025

Roma Papası Ankarada

Katoliklərin ruhani lideri və Vatikanın başçısı, Roma Papası XIV Lev ilk rəsmi xarici səfərini Türkiyəyə edib. 

Qaynarinfo xəbər verir ki Papa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə paytaxt Ankara gəlib. 

Ankara Esenboğa Hava Limanında rəsmi mərasimlə qarşılanan Papanın paytaxtda təxminən 6 saata yaxın vaxt keçirməsi gözlənilir. Prezident Ərdoğanla görüşəcək olan XIV Lev həmçinin Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcək.

Səfər çərçivəsində İstanbulda müxtəlif görüşlər və ayinlərin keçirilməsi planlaşdırılıb.

Roma Papasının Patriarx Varfolomey ilə görüşü olacaq. Onlar birgə bəyannamə imzalayacaq və İznikdə I İznik Şurasının 1700 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəklər.

Səfər çərçivəsində ekumenik dialoq, dini tolerantlıq və regiondakı sülh və əməkdaşlıq mövzularında görüşlər də keçiriləcək.

XIV Lev Türkiyədən sonra Livana gedəcək

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->