Xəbər lenti

Kim Çen Rusiyada həlak olan əsgərlərin ailələrinə ev verdi:
Dünya 11:47 16.02.2026

Kim Çen Rusiyada həlak olan əsgərlərin ailələrinə ev verdi: "Paytaxtda həyatdan zövq alın"

Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həlak olmuş əsgərlərin ailələrinə mənzil verilib. Evlərin orderlərini ailələrə Şimali Koreya lideri Kim Çen In təqdim edib. O, ailələrə "kədəri mümkün qədər tez geridə qoyaraq paytaxtdakı həyatdan zövq almağı” tövsiyə edib.

Qaynarinfo xəbər verir ki, məlumatı Şimali Koreyanın dövlət informasiya agentliyi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.

Agentliyin yaydığı xəbərə əsasən, küçədə çoxmərtəbəli və azmərtəbəli yaşayış binaları inşa olunub. Bildirilir ki, bu binalar həlak olmuş hərbçilərin yaxınlarının "xoşbəxt həyatını təmin etmək” məqsədi daşıyır.
 


Açılış mərasimi qırmızı lentin kəsilməsi, gurultulu alqışlar, təntənəli atəşfəşanlıq, parlaq qırmızı ulduzlu hava şarları və konsert proqramı ilə müşayiət olunub.

Yayılan fotolarda gülümsəyən Kim Çen In həlak olan hərbçilərin ailələrinə kədəri unutmağı və paytaxtdakı həyatdan zövq almağı tövsiyə edir.
 


Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreya kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskva tərəfdə döyüşən təxminən 6 minə yaxın şimali koreyalı hərbçinin həlak olduğunu və ya öldüyünü açıqlayıb.
 

 
Günay
--> -->