Xəbər lenti

Robert Fiko barəsində dövlətə xəyanət və terrorla əlaqə ittihamı ilə iş açıldı
Dünya 14:56 27.03.2026

Robert Fiko barəsində dövlətə xəyanət və terrorla əlaqə ittihamı ilə iş açıldı

Slovakiya hüquq-mühafizə orqanları baş nazir Robert Fiko barəsində dövlətə xəyanət şübhəsi ilə cinayət işi açıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə müxalif siyasətçi Branislav Qrolinq "Aktuality” nəşrinə istinadən məlumat verib.

Onun sözlərinə görə, istintaqın başlanmasına səbəb rəhbərlik etdiyi "SaS” partiyasının təqdim etdiyi şikayət olub. Qrolinq bildirib ki, bu təşəbbüsü minlərlə vətəndaş dəstəkləyib.

"SaS” üzvləri ilə yanaşı, bu cinayət şikayətinə 13 mindən çox insan qoşulub ki, bu da ölkə tarixində ən böyük belə müraciət hesab olunur”, deyə o qeyd edib.

Qrolinq əlavə edib ki, iş artıq polisə təqdim olunub və araşdırma aparılır. Onun sözlərinə görə, Fiko yalnız dövlətə xəyanətdə deyil, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə, insanlığa qarşı cinayətlər və hətta terror fəaliyyətinə mümkün əlaqədə şübhəli bilinir.

"Fikonun ağır cinayətlərdə şübhəli olduğuna inanıram və prokurorluqla polisin bu məsələni araşdırmasını yüksək qiymətləndirirəm”, deyə siyasətçi vurğulayıb.

O izah edib ki, şikayətin əsas səbəbi Fikonun enerji təhlükəsizliyi sahəsində fəaliyyəti, xüsusilə Ukraynaya fövqəladə elektrik enerjisi təchizatının dayandırılması ilə bağlı qərarlarıdır. Onun sözlərinə görə, məsələ geniş ictimai dəstək qazandığı üçün böyük rezonans doğurub.

Aydın
--> -->