“Kristal” və “Landau Education Group” arasında əməkdaşlıq memorandumu imzalanıb
"Kristal" və "Landau Education Group” arasında əməkdaşlıqmemorandumu imzalanıb. Sənəd tərəflər arasında təhsil vəinfrastruktur sahəsində birgə layihələrin həyata keçirilməsininəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanda müasir təhsilinfrastrukturunun inkişafına və beynəlxalq standartlara uyğuntəhsil mühitinin formalaşmasına mühüm töhfə verməyihədəfləyir.
Razılaşmaya əsasən, "Kristal” layihələri çərçivəsində təhsilinfrastrukturu daha da gücləndirilir və müxtəlif yaşayışkomplekslərində yeni məktəb korpusları istifadəyə veriləcək.
"City Garden Narimanov” layihəsində LANDAU School-un yeni "City Garden Narimanov” korpusu fəaliyyətə başlayacaq. Yeni tədris korpusunun 2026-cı ilin sentyabr ayından etibarənşagirdlərin istifadəsinə verilməsi planlaşdırılır. Müasir tədrisprinsiplərinə uyğun şəkildə hazırlanan məktəbdə şagirdlərinakademik və sosial inkişafını dəstəkləyən geniş imkanlaryaradılıb. Buraya 50 kv.m sahəyə malik sinif otaqları, genişümumi istifadə zonaları, 250 nəfərlik akt zalı, böyük idman zalı, açıq hava oyun sahəsi və ən son STEAM otağı daxildir. Korpusda məktəbəqədər hazırlıq, Azərbaycan, rus və ingilisbölmələri üzrə tədris həyata keçiriləcək.
Eyni zamanda, "Park Yasamal” layihəsində SİMURQ Liseyi by LANDAU daha əlçatan qiymətlərlə yeni "Park Yasamal”korpusunu təqdim edir. Korpus 2026/2027 tədris ilindən etibarənfəaliyyətə başlayacaq. Yeni tədris məkanında geniş sinif otaqları, oyun zonası, iclas otağı, kitabxana, idman və akt zalları, həmçinin şagirdlərin hərtərəfli inkişafına yönəlmiş müasirimkanlar təqdim olunacaq. Korpusda məktəbəqədər hazırlıq, eləcə də Azərbaycan, rus və ingilis bölmələri üzrə siniflərfəaliyyət göstərəcək. Təhsil haqqına gündə iki dəfə qidalanma – nahar və qəlyanaltı daxildir.
Layihə sakinlərin rahatlığını da ön planda tutur. Məktəblərinyaşayış komplekslərinin daxilində yerləşməsi yol xərclərini vənəqliyyata ehtiyacı azaldır, eyni zamanda ətraf mühitə təsirinminimuma endirilməsinə kömək edir. Bu imkan sayəsində"Kristal” sakinləri övladları üçün rahat və əlçatan təhsilmühitinə sahib olurlar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər