Xəbər lenti

Rəşad Daşdəmirovun yerinə gətirilən Samir Qibləliyev kimdir?
Ekonomiks 15:30 06.01.2026

Rəşad Daşdəmirovun yerinə gətirilən Samir Qibləliyev kimdir?

Xəbər verdiyimiz kimi, "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"na yeni qanuni təmsilçi seçilib. Qaynarinfo-nun bir neçə gün əvvəl verdiyi məlumata görə, Qibləliyev Samir Vaqif oğlu "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"nın baş direktoru və qanuni təmsilçisi olub. O, uzun illər Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, Samir Qibləliyev vəzifəli şəxsin yaxın qohumudur. O, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimovun kürəkənidir.

Bundan əvvəl "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin qanuni təmsilçisi və baş direktoru Rəşad Daşdəmirov idi. Ötən ilin dekabr ayında o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Rəşad Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa ağır cinayələrdə ittiham edilir. İş üzrə dəymiş ziyan 3 milyon manatdan artıqdır.
--> -->