Yasamal rayonu, A.Salamzadə küçəsi 10 ünvanda yerləşən "R Lounge" adlı restoranı icarədarını bıçaqlayan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1985-ci il təvəllüdlü Ruslan Xəlilovun (soyad şərti) Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Ruslan "R Lounge" adlı restoranın xanım müştərisinə söz atıb. Bu səbəbdən təqsirləndirilən şəxslə restoranı icarə əsasında işlədən Əmrah arasında mübahisə yaranıb.
Mübahisə sonradan davaya çevirilib. Əmrah restoranın mətbəxinə daxil olaraq orada gizlənməyə çalışıb. Ruslan mətbəxin qapısına bıçaqla zərbələr vurub. Bıçaq həmin qapının arxasında dayanan zərərçəkmiş şəxsin sağ said nahiyəsindən dəyib. Bununla da Ruslan sahibkarın sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Aydın
Şərhlər