Xəbər lenti

İxtisaslaşmış jurnalistlərin hazırlığı üzrə yeni təlim proqramına start verildi
Ölkə 16:13 07.01.2026

İxtisaslaşmış jurnalistlərin hazırlığı üzrə yeni təlim proqramına start verildi

Uzun illərdir Azərbaycanda sahəvi jurnalistikanın inkişafının vacibliyi önə çəkilir. Artıq ixtisaslaşmış müxbirlərin yetişməsi bu sahənin yaşaması üçün həyati əhəmiyyət daşıyır. Çünki cəmiyyət texnologiya çağındadır və süni intellekt sürətlə media sahəsinə nüfuz edir. 

Əvvəllər ümumi biliklərə malik olan jurnalistlərin ən yaxşı şəkildə gördüyü işi bu gün müəyyən proqramlar daha əhatəli və operativ həll edir. İndi jurnalist təkcə məlumatı çatdırmaqla kifayətlənməməli, araşdırmalı, analiz etməli, sahənin dərinliklərinə enməli, oxucunu düşündürməli, maarifləndirməlidir. Bunu isə yalnız sahəyə bələd olan, həmin mövzunu illərlə izləyən, əlaqəli prosesləri anlayan müxbir bacarır.

Bu reallığı nəzərə alaraq, Yurd.Media "Praktik Media Məktəbi”nə start verir. Təlimlərə cəlb olunacaq gənclər seçilmiş istiqamət üzrə tədbirlərin işıqlandırılması, müsahibələrin alınması, reportajların təşkili, araşdırmaların hazırlanması, aktual mövzuların işlənilməsi üzrə praktik bacarıqları mənimsəyəcək, həmin sahədə daha dərin biliklərə sahib olmaq üçün istiqamətləndiriləcəklər.

Ödənişsiz əsasda təşkil olunacaq kurslar 5 ay müddətində davam edəcək, uğurla bitirənlərə sertifikat veriləcək, bütün fərqlənənlərin işlə təminatına yardım göstəriləcək.

Layihə, bütün media qurumlarının iştirakına açıq olmaqla yanaşı, həm də dövlət və özəl sektor nümayəndələri ilə qarşılıqlı faydalı əməkdaşlıq platforması kimi nəzərdə tutulur.
 

--> -->