Xəbər lenti

Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, doqquz nəfər xəsarət aldı
Ölkə 22:26 07.01.2026

Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, doqquz nəfər xəsarət aldı

Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində doqquz nəfər xəsarət alıb.

Xəsarət alanlar - rayon sakinləri, mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oktay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
--> -->