Dələduzluqda ittiham olunan şəxs barəsində cinayət təqibinə amnistiya ilə xitam verilib.
Hit.az xəbər verir ki, Rəşad Məmmədov (şərti) etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurub.
İstintaq materiallarına görə, o, 2025-ci ilin avqust ayında telefon danışığı zamanı özünü geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək zərərçəkmişi BP şirkətində sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib. Bu məqsədlə Rəşad Məmmədov zərərçəkmiş şəxsdən ümumilikdə 2.245 manat pul alıb. Pullar müxtəlif tarix və saatlarda mobil tətbiqlər və "eManat” ödəmə terminalı vasitəsilə "LeoBank” və "BirBank”a məxsus bank kartlarına köçürülüb.
İttihama görə, o, aldığı vəsaiti vəd edilən məqsəd üçün istifadə etməyərək şəxsi ehtiyaclarına sərf edib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 2.245 manat məbləğində maddi ziyan dəyib.
Fakt üzrə Rəşad Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.
Məhkəmə aministiya aktına əsasən Rəşad Məmmədov barəsindəki cinayət təqibinə və cinayət işinin icraatına xitam verib.
Abbas
Şərhlər