Xəbər lenti

REPO və əks-REPO nədir?
Ekonomiks 22:44 21.05.2026

REPO və əks-REPO nədir?

Mərkəzi Bank dövriyyədə olan pul kütləsini tənzimləmək üçün müxtəlif pul-kredit siyasəti alətlərindən istifadə edir.

Həmin əməliiyyatlarda biri də REPO və əks-REPO-dur. 
 
Qaynarinfo Mərkəzi Bank-a istinadən REPO və əks-REPO əməliyyatları və əsas iqtisadi məzmunu haqqında məlumatları təqdim edir.

REPO əməliyyatı Mərkəzi Bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra həmin kağızların geri alınması əməliyyatıdır. Bu əməliyyatın əsas məqsədi dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə azaldılmasıdır. REPO vasitəsilə mərkəzi bank bank sistemindən likvidliyi çıxarır və nəticədə bazarda pul kütləsi azalır. Bu üsul adətən inflyasiyanın artmasının qarşısını almaq və pul kütləsini nəzarətdə saxlamaq üçün tətbiq edilir.

Əks-REPO əməliyyatı isə bunun tam əksidir. Bu əməliyyat Mərkəzi Bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutur. Əks-REPO-nun əsas məqsədi dövriyyədə olan pul kütləsinin qısamüddətli artırılmasıdır. Bu zaman mərkəzi bank bank sisteminə likvidlik daxil edir və nəticədə iqtisadiyyatda pul təklifi artır, qısamüddətli pul çatışmazlığı aradan qaldırılır.

Ümumilikdə, REPO və əks-REPO əməliyyatları mərkəzi banklar üçün çevik tənzimləmə vasitəsi hesab olunur. Bu alətlər vasitəsilə bazarda pul kütləsi idarə olunur, inflyasiya və deflyasiya riskləri balanslaşdırılır, bank sistemində likvidlik sabit saxlanılır və qısamüddətli faiz dərəcələrinə təsir edilir.
 
Günay

--> -->