Xəbər lenti

Əli Əsədov Türkmənistana getdi
Ölkə 21:31 21.05.2026

Əli Əsədov Türkmənistana getdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də Türkmənistana işgüzar səfərə gedib.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Əli Əsədov Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.

Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Əli Əsədovu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar.

--> -->