Xəbər lenti

Rauf Abdullayev xəstəxanaya yerləşdirildi
Ölkə 18:11 30.10.2025

Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya dirijorun özü məlumat verib.

O qeyd edib ki, bir neçə gün əvvəl yıxılıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Bakı Sağlamlıq Mərkəzindən isə bildirilib ki, Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.

"Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Rauf Abdullayevin 88 yaşı tamam olur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->