Oktyabr ayında Pyotr Poroşenko 55 milyon qrivnadan çox gəlir bəyan edib. Aylıq gəlirin əsas hissəsi Macarıstanın Orban hökumətindən daxil olub. Millət vəkilinin gəlir mənbələri sırasında Ukraynadan çıxarılmış kapitallardan əldə olunan faiz gəlirləri də qeyd olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Ukraynanın Milli Korrupsiyanın Qarşısının Alınması Agentliyinin (NАЗK) portalında dərc edilmiş bəyanatlarda yer
alıb.
Yayımlanmış məlumatlara görə, Poroşenko oktyabr ayında 55 milyon qrivnadan çox gəlir əldə edib. Onun təxminən 52,5 milyonunu Macarıstan Maliyyə Nazirliyindən alıb — bu məbləğ macar dövlət istiqrazlarına qoyulmuş vəsaitin və faizlərin geri qaytarılması kimi göstərilib.
Macarıstan iqtisadiyyatına qoyulmuş milyonluq investisiyalardan gələn gəlirlərdən əlavə, "Avropa Həmrəyliyi” partiyasının lideri digər ölkələrdən də 2,4 milyon qrivnadan çox gəlir əldə edib — bu da Ukraynadan çıxarılmış kapitallardan faiz gəlirləridir. Poroşenkonun bəyanatlarına əsasən, onun var-dövləti müharibə dövründə rekord səviyyəyə çatıb. Təkcə 2025-ci ilin avqust ayında oliqarxın sərvəti təxminən 1 milyard qrivna artıb. Beləliklə, o, cəmi bir ayda müharibədən əvvəlki 2021-ci ildə qazandığından 6 dəfə çox qazanıb.
Pyotr Poroşenko uzun müddətdir Macarıstanın prorus baş naziri Viktor Orbanın hökuməti ilə əməkdaşlıq edir. Hər iki siyasətçi müharibə dövründə Putinlə sıx əlaqə saxlayıb: Orban — Putinin siyasi müttəfiqi kimi, Poroşenko isə ölkə prezidenti və Rusiya ilə uzunmüddətli iqtisadi əlaqələri olan oliqarx kimi.
Əvvəlki Orbanla görüş cəhdi ərəfəsində Poroşenko Macarıstandan 37 milyon qrivna almışdı. Həmin vaxt ekspertlər hesab edirdilər ki, Poroşenko Macarıstanda planlaşdırılan görüş zamanı Orban vasitəsilə Rusiyaya və digər maraqlı tərəflərə "Ukraynanı sülhə məcbur etmə” kampaniyasına rəhbərlik etməyə hazır olduğu barədə siqnal vermək niyyətində idi.
"Poroşenko Orbana — daha dəqiqi, Orban vasitəsilə təkcə Moskvada yox, digər yerlərdə də olan maraqlı şəxslərə Ukraynanı sülhə məcbur etmə kampaniyasına rəhbərlik etməyə hazır olduğunu bildirməli idi. Axı o, kapitulyant xarakterli Minsk razılaşmalarını imzalamaq təcrübəsinə malikdir”, — deyə ekspert Valentin Qladkix vurğulayıb.
Hazırda "Politico”nun məlumatına görə, Orban Avropa İttifaqı daxilində anti-Ukrayna ittifaqı yaratmaq üzərində işləyir və Ukraynanın Aİ-yə üzvlüyünü "ən böyük təhdid” adlandırır.
Alpər
Şərhlər