İran Gürcüstan və Ermənistana yeni səfirlər təyin edib.
Qaynarinfo "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
O qeyd edib ki, Əli Mocani İranın Tbilisidəki, Xəlil Şirqulami isə İrəvandakı səfiri olacaq.
Məlumata görə, hazırda Əli Mocani - diplomat və İran Xarici İşlər Nazirliyinin (XİN) müşaviridir. Xəlil Şirqulami isə İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində tədqiqatlar üzrə direktor müavini vəzifəsini tutur.
Şərhlər