İsrail rəsmiləri Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqların davam etdiriləcəyinə inanırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Jerusalem Post”
yazıb.
Eyni zamanda, nəşrin həmsöhbətləri anklavda saxlanılan sağ qalmış israillilərin siyahısı olmadan razılığın əldə edilməsinin mümkünsüz olduğu fikrini bildiriblər.
Qəzetin yazdığına görə, vasitəçilər HƏMAS-a təzyiq göstərirlər, lakin öldürülən lider Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvar siyahı təqdim etməkdən imtina edir.
Dekabrın 21-də danışıqlarda iştirak edən fələstinli bildirib ki, girov razılaşması və atəşkəs danışıqları 90 faiz tamamlanıb. Ötən həftə Livanın "Əl-Mayadeen” televiziya kanalı bəyan etib ki, razılaşma əldə olunarsa, HƏMAS ilk mərhələdə 34 girovu azad edə bilər. İsrail israr edir ki, bu müddət ərzində bütün girovlar azad edilməlidir - Qəzza zolağında 101 israilli saxlanılır, onlardan 40-a yaxınının öldüyü ehtimal edilir.
"National İnterest” xəbər verir ki, İsrail ilk mərhələdə İsrail həbsxanalarında uzun müddət cəza çəkən 200 fələstinlidən 70-ni azad etməkdən imtina edir. HƏMAS 1000 məhbusun azad edilməsini təmin etmək istəyir. Bunun müqabilində yaraqlılar 20-30 girovu - 60 günlük atəşkəs dövründə hər 48 saatdan bir girovu azad etməyə söz verirlər.
Nizami Bağırov
Şərhlər