Xəbər lenti

Tramp Baydenin cəza yüngülləşdirməsi qərarından sonra ölüm cəzasını qaytarmağı vəd edir
Dünya 11:30 25.12.2024

Tramp Baydenin cəza yüngülləşdirməsi qərarından sonra ölüm cəzasını qaytarmağı vəd edir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölüm cəzasının federal səviyyədə tətbiqini bərpa etmək niyyətində olduğunu açıqlayıb və prezident Co Baydenin məhkumların cəzasını yüngülləşdirmək qərarını tənqid edib.  

Qaynarinfo "Associated Press"ə istinadla xəbər verir ki, bu barədə Tramp "Truth Social" şəbəkəsində paylaşım edib. 

ABŞ prezidenti Co Bayden 24 dekabr tarixində ölüm cəzasına məhkum edilmiş 40 nəfərdən 37-sinin cəzasını yüngülləşdirərək, onları şərtsiz azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası ilə əvəzləyib. Bayden bu qərarın, terror və ya kütləvi qətllərlə bağlı olmayan işlərdə ölüm cəzasının tətbiqinə qoyduğu moratoriumla uyğun olduğunu bildirib.  

Donald Tramp bu qərarı "məntiqsiz" adlandırıb və qurbanların ailələrinə qarşı təhqir hesab etdiyini deyib.  

"Co Bayden ölkəmizin ən qorxunc 37 qatili üçün ölüm cəzasını ləğv etdi. Qurbanların qohumları ümidsizlik içindədir. Onlar bunun necə baş verdiyinə inana bilmirlər!" – deyə Tramp vurğulayıb.  

"İnauqurasiya mərasimimdən dərhal sonra Ədliyyə Nazirliyinə göstəriş verəcəyəm ki, zorakı təcavüzkarlara, qatillərə və insanlara qarşı cinayətlər törədənlərə ölüm cəzasının tətbiqi üçün qətiyyətlə addımlar atsın", - o əlavə edib.  

Qeyd edək ki, Tramp 2017-2021-ci illərdəki prezidentliyi dövründə təxminən 20 illik fasilədən sonra federal səviyyədə ölüm cəzalarının icrasını bərpa etmişdi.  

Bayden isə prezidentliyə gəldiyi 2021-ci ilin yanvar ayında federal səviyyədə ölüm cəzasının icrasını dayandırıb və ölüm cəzasına qarşı çıxıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->