Xəbər lenti

78 yaşlı keçmiş ABŞ prezidenti xəstəxanadan evə buraxıldı
Dünya 11:53 25.12.2024

78 yaşlı keçmiş ABŞ prezidenti xəstəxanadan evə buraxıldı

ABŞ-ın keçmiş prezidenti Bill Klinton yüksək temperatur səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra 24 dekabr, çərşənbə axşamı günü evə buraxılıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə Klintonun ofisinin nümayəndəsi Anjen Ureynya Eurointegration.com-a bildirib

Klintonun ofisindən bildirilib ki, keçmiş prezident ABŞ MedStar Corctaun Universiteti Xəstəxanasından "qripin müalicəsindən sonra" evə buraxılıb.  

Klinton göstərilən qayğı və aldığı xoş arzular üçün minnətdarlığını ifadə edib.  

"O, hamıya xoşbəxt və sağlam bayramlar arzu edir", – deyə Ureynya əlavə edib.  

78 yaşlı Klinton bazar ertəsi günün ikinci yarısında qızdırma qalxmasından sonra analizlər və müşahidə üçün xəstəxanaya yerləşdirilmişdi.  

Bu, ABŞ-ın 42-ci prezidentinin ilk tibbi problemi deyil.  

2004-cü ildə Nyu Yorkda ürək əməliyyatı keçirmiş, ertəsi il isə ağciyərin qismən çökməsi səbəbindən tibbi müdaxiləyə məruz qalmışdı.  

2010-cu ildə koronar arteriyasına iki stent implantasiya edilmiş, 2021-ci ildə isə urologiya infeksiyası səbəbindən Los-Ancelesdə altı gün xəstəxanada qalmışdı.  

Qeyd edək ki, ötən il Klinton Ukraynanı nüvə silahından imtinaya sövq etdiyi üçün peşmanlığını bildirmişdi.  

Bundan əlavə, 2011-ci ildə Vladimir Putinin Ukraynaya hücumunun qaçılmaz olduğunu başa düşdüyünü də etiraf etmişdi.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->