"Qalatasaray" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində növbəti matçına çıxıb.
Qaynarinfo xəbər verir ki, İstanbul klubu öz meydanında Norveç təmsilçisi "Bodo-Qlimt”lə üz-üzə gəlib.
İstanbul klubu evdə 3:1 hesabı ilə qələbə qazanıb.
"Qalatasaray"ın heyətində Viktor Osimhen dubl edib. Digər qolu Yunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib.
Bu nəticədən sonra turnir cədvəlində "Qalatasaray" 6 xalla 11-ci, "Budyo Qlimt" isə 3 xalla 26-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Türkiyə klubu ötən tur evdə İngiltərə "Liverpul"una minimal hesabla qalib gəlib.
Şərhlər