Xəbər lenti

Bələdiyyə sədrinə
Ekonomiks 17:29 22.10.2025

Bələdiyyə sədrinə "stop" qoyuldu

Daşkəsən bələdiyyəsinin sədri Alıyev Etibar İlyas oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, bələdiyyənin İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 34.393,54 manat vergi borcu yaranıb. 

Borc ödənilmədiyi üçün idarə tərəfindən məhkəməyə müraciət edilib. 

1958-ci il təvəllüdlü Etibar Alıyev məhkəmədə bildirib ki, hazırda ödənilməsi tələb edilən borclar ona qədər yaranmış borcdur. Əvvəllər ayrılıqda fəaliyyət göstərən 5 bələdiyyə şəhər bələdiyyəsinə birləşib. Həmin bələdiyyələrin borcu da şəhər bələdiyyəsinə ötürülüb. Hazırda tələb edilən borc 34.393,54 manatdır. 

Sədr qeyd edilib ki, həmin borcu birdəfəyə ödəmək iqtidarında deyil. Lakin hissə-hissə ödənişlər edəcək. O, zəruri hallarda ölkədən kənar çıxır. Odur ki, qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və ona məhdudiyyət tətbiq edilməməsini xahiş edib. 

Bələdiyyə sədrinin xahişi nəzərə alınmayıb və məhkəmənin hökmü ilə Etibar Alıyevın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->