Xəbər lenti

Rusiya iki mühüm şəhəri tutana qədər müharibəni dayandırmaq istəmir - KİV
Dünya 18:02 22.10.2025

Rusiya iki mühüm şəhəri tutana qədər müharibəni dayandırmaq istəmir - KİV

Kreml cəbhənin indiki xətti üzrə müharibənin dondurulması ilə razılaşmır və Ukraynaya "Tomahawk" raketlərinin təchiz edilməsi ehtimalına baxmayaraq, müharibə ilə Qərbi bezdirəməyə davam etməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın "Vyorstka" adlı müxalifət nəşri Kremlə yaxın mənbələrə istinadən yazır.

ABŞ və Rusiyanln Budapeştdə keçiriləcək danışıqlarının pozulma ehtimalını şərh edən rus məmuru bildirib ki, Kreml cari cəbhə xəttində dayanmağı planlaşdırmır və Vladimir Putin Volodimir Zelenski ilə görüşmək istəmir.

"Əslində amerikalılarla heç nəyə də razılaşmadı. Moskvanın tələbləri ödənilmədi, indi dayanmaq demək, tezliklə eyni riskləri almaq və başladığımız nöqtəyə qayıtmaq deməkdir. Üstəlik Ukrayna qoşunları güc toplayacaq. Eyni zamanda, cəbhə xəttində dayandığımızı bəyan edən bəyannaməyə imza atmaq üçün Zelenski ilə görüşmək lazımdır. Putinin buna nə ehtiyacı var?", deyə "Vyorstka"nın mənbəsi bildirib.

Onun sözlərinə görə, Moskva "Tomahawk" raketlərinin təchiz edilməsi ehtimalından qorxmur və Ukraynanı dəstəkləmək xərcləri ilə Qərbi bezdirərək müharibəni davam etdirməyə hazırdır. 

Nəşrin digər mənbəsi, media sahəsində Kremllə işləyən adı açıqlanmayan ekspert də inanır ki, sülh üçün hələ çox erkəndir:

"Putinə Baş Qərargah və hərbi komandirlər artıq Pokrovsk və Kupyansk vəd ediblər. Hal-hazırda orada şiddətli döyüşlər gedir. Bu mövqelərdə möhkəmlənməyimizə qədər, cəbhə xətti barədə danışmayacağıq".

Onun fikrincə, Rusiya bütün bu il ərzində danışıqlar prosesi ilə qəsdən cəbhədə mövqeləri yaxşılaşdırmaq məqsədilə oynayıb.

"Vyorstka"nın Kremlin daxili siyasət bloku ilə işləyən üçüncü mənbəsi də bununla razıdır. O, əmindir ki, Budapeştdə Putin və Trampın görüşü olmayacaq:

"Hərbi əməliyyatlar xəritəsinə baxın. Əvvəlki görüşdən bəri nə bizim, nə də düşmən mövqelərimiz əsaslı şəkildə dəyişməyib. Və Tramp da, əvvəlki kimi, nə bizə, nə də onlara heç nə təklif edə bilmir. Bəs nə üçün dünyanın o biri ucuna uçmaq, NATO ölkələrinin hava məkanından uçuş icazəsi diləmək lazımdır?", deyə mənbə qeyd edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->