"İtaliya Fələstin dövlətini yalnız HƏMAS-ın tamamilə tərksilah edəcəyi və Qəzza zolağının idarə edilməsində rolundan imtina edəcəyi təqdirdə tanımağa hazırdır".
Qaynarinfo "La Repubblica"ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Corcia Meloni bildirib.
"Bunlar parlamentin qətnaməsində qeyd edildiyi kimi, İtaliyanın Fələstin dövlətini tanıması üçün zəruri ilkin şərtlərdir", deyə Meloni vurğulayıb.
Baş nazir həmçinin bəyan edib ki, İtaliya beynəlxalq sabitləşdirmə missiyasında iştirak etməyə, Fələstin polisini öyrətməyə və Qəzzanın infrastrukturunu, xüsusən də səhiyyə sektorunu bərpa etməyə hazırdır. Bundan başqa, Roma atəşkəsdən sonra Qahirədə Qəzza zolağının yenidən qurulması ilə bağlı konfransa birgə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Aydın
Şərhlər