Çinin lideri Si Szinpin və Rusiya prezidenti Vladimir Putin telefon danışığı aparıb və bu müddətdə ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Müxtəlif sahələrdə – siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlıq dərinləşdiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibəni Öyrənmə İnstitutunun (ISW) yeni hesabatında qeyd
edilir.
"Putin və Si xarici siyasət, enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsini vurğulayaraq ənənəvi mövzuları təkrarlayıblar”, – deyə hesabatda qeyd olunub.
ISW-nin analitiklərinin bildirdiyinə görə, Putinin köməkçisi Yuri Uşakovun sözlərinə əsasən, Rusiya prezidenti Si ilə Ukraynadakı müharibəni və hər iki ölkənin ABŞ-la münasibətlərini də müzakirə edib. Lakin bu mövzular Kremlin rəsmi açıqlamasında qeyd olunmayıb.
Uşakovun sözlərinə görə, Si Putinə ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışıqlarında nələr müzakirə edildiyi barədə məlumat verib.
Xatırladaq ki, Donald Tramp 17 yanvar tarixində Si Szinpin ilə telefon danışığı aparmışdı.
Qeyd edək ki, Çin Xalq Respublikasının (ÇXR) rəhbəri Si Szinpin Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb. Bu dialoq Si Szinpinin ABŞ prezidenti Donald Tramp ilə danışığından 4 gün sonra baş tutub.
Si Putinə Çin və Rusiya arasındakı münasibətləri 2025-ci ildə yeni zirvəyə qaldırmağa və xarici qeyri-müəyyənliklərə qarşı çıxmağa hazır olduqlarını bildirib. Putin isə qeyd edib ki, "Rusiya və Çin arasındakı birgə fəaliyyət beynəlxalq məsələlərdə mühüm sabitləşdirici rol oynayır”.
Alpər
Şərhlər