Xəbər lenti

Mərkəzi Bank 2025-ci ilin iqtisadi proqnozlarını açıqladı
Ekonomiks 11:59 22.01.2025

Mərkəzi Bank 2025-ci ilin iqtisadi proqnozlarını açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 3,3 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 5,2 % böyüyəcəyini proqnozlaşdırır.

"Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi bu il ölkədə 3,5%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,9 % iqtisadi artım gözləyir.

"Bizim proqnozlarımıza görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 349 ABŞ dolları olacaq. Ötən il Azərbaycanın xarici ticarət balansında 5,5 milyard ABŞ dolları profisit olub. Bizim isə cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozumuz 5,3-5,5 milyard ABŞ dolları idi", - deyə sədr əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->