2 nömrəli Bakı Baza Tibb Kolleci "Safmeren LN 2024” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, şirkət kollecin "digər malların alınması" ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi seçilib.
Məlum olur ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci şirkətdən alacağı "digər mallar"a görə 19 050 manat ödəyəcək. Kollecin şirkətdən alacağı malların nədən ibarət olması bəlli deyil.
"Safmeren LN" şirkəti 5 aprel 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İlham Məmmədov küçəsi, ev 10, mənzil 149-da yerləşir. MMC-nin qanuni təmsilçisi Çarçarov Elnur Rafiq oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Araşdırmalarımız zamanı məlum olub ki, Elnur Çarçarovun adına daha 3 şirkət var. Həmin şirkətlər aşağıdakılardır:
* "Asrol LL 2024” MMC
* "Zanbar RR” MMC
* "Samares LM” MMC
Bundan başqa, Elnur Çarçarovun bacısı Aynur Çarçarovanın adına 5 şirkət qeydiyyata alınıb. Bunlar "Avsom 2024” MMC, "Ayazen 2024” MMC, "Azeforn RN” MMC, "Simoder LM” MMC və "Kanera AS” MMC-dir.
Şirkətlər eyni tarixdə təsis olunsa da, fərqli hüquqi ünvanlarda qeydiyyatdadırlar. Adətən bu tip şirkətlərdən tender oyunlarında istifadə edilir.
Seyid
Şərhlər