Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyi 92,4 milyon manatdan artıq vəsait ölkəyə qaytarılıb.
Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu vaxtadək Bakı şəhərinin Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 54,4 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 92,4 milyon manatdan artıq) hissəsinin ölkəfə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
Xatırladaq ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Şərhlər