Çinli BYD populyarlıq baxımından demək olar ki, bütün Avropa avtomobil istehsalçılarını geridə qoyub.
2024-cü ilin noyabr ayı etibarilə ən çox satılan avtomobil markaları sıralamasında "Toyota", ikinci yerdə isə "Volkswagen" gəlir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Focus2Move" məlumat yayıb.
"Toyota" 8,33 milyon avtomobil satıb. İllik 0,2% azalmaya baxmayaraq, nəhəng qlobal liderliyini inamla qoruyur. İkinci yeri 4,44 milyon ədəd (+0,4%) satan "Volkswagen" tutub.
Üçüncü yerdə 3,39 milyon avtomobil satışı ilə BYD qərarlaşıb. Eyni zamanda, Çin istehsalçısı 42,1% artım göstərib ki, bu da ən populyar 10 avtomobil markası arasında ən yaxşı göstərici olub.
Qeyd edək ki, hələ 2019-cu ildə BYD dünya reytinqində cəmi 49-cu yeri tuturdu. Onu da əlavə etmək yerinə düşər ki, alman istehsalçı BMW "TOP-10"a daxil olmayıb.
1. Toyota - 8,33 milyon;
2. Volkswagen – 4,44 milyon;
3. BYD – 3,39 milyon;
4. Honda – 3,39 milyon;
5. Hyundai – 3,38 milyon;
6. Ford – 3,36 milyon;
7. Nissan – 2,85 milyon;
8. Chevrolet – 2,72 milyon;
9. Kia – 2,67 milyon;
10. Mercedes - 1,99 milyon.
Aydın
Şərhlər