Xəbər lenti

Tramp Çindən COVID-19-a görə kompensasiya tələb edə bilər
Dünya 18:55 03.01.2025

Tramp Çindən COVID-19-a görə kompensasiya tələb edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çindən koronavirus səbəbindən trilyonluq kompensasiya tələb edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Parlamentinin keçmiş deputatı və Krit Universitetinin Avropa İttifaqı İnstitutunun professoru Notis Mariyas RIA Novosti-yə açıqlamasında bildirib.

Mariyas deyib: "Tramp, ABŞ və ümumilikdə Qərb tərəfindən Rusiyaya tətbiq olunan sanksiyalar və Rusiya dövlət vəsaitlərinin 300 milyard dollardan çox məbləğdə dondurulması kimi "nailiyyətlərdən” istifadə edərək, indi heç bir tərəddüd etmədən Çindən koronavirus səbəbindən dəymiş ziyana görə kompensasiya tələb edəcək".

2024-cü ilin dekabrında "Reason” jurnalının redaktoru və "Paranoya Birləşmiş Ştatları" kitabının müəllifi Cessi Uoker qeyd etmişdi ki, Ağ Evdəki hazırkı rəhbər Co Bayden administrasiyasının COVID-19-un Çindəki laboratoriyadan sızması ehtimalını "sui-qəsd nəzəriyyəsi" adlandıraraq rədd etməsi səhv idi.

Bundan əvvəl isə ABŞ konqresmenləri koronavirusun laboratoriya mənşəli olduğunu bildirərək Çini günahlandırmışdılar.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->