Son 24 ildə Ruanda prezidenti vəzifəsini icra edən Pol Kaqame dördüncü müddətə yenidən seçilə bilib.
Qaynarinfo xəbər verir ki, Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 79%-i işləndikdən sonra Kaqame 99,15% səs
toplayır.
O, ardıcıl ikinci prezident seçkilərində 99%-lik səs göstəricisini üstələyir.
Hazırda Kaqamenin lehinə 7,1 milyon səs qeydə alınıb. Onun rəqibləri Yaşıllar Partiyasının lideri Frank Habinezu və müstəqil namizəd Filip Mpayimanu ümumilikdə 61 min səsə malikdir.
Pol Kaqame 1994-cü ildən Ruandanın faktiki lideridir. Həmin zaman "Ruanda Vətənpərvər Cəbhəsi” hərbi-siyasi hərəkatı tutsilərin soyqırımına cavab olaraq mövcud hökumət qüvvələrini məğlub edərək ölkədə hakimiyyəti ələ keçirib. Kaqame özü müdafiə naziri və vitse-prezident vəzifələrini icra edib. 2000-ci ildə o, ilk dəfə Ruanda prezidenti seçilib. 2015-ci ildə o, ölkə konstitusiyasına dəyişikliklər edib və bu dəyişikliklər onun prezidentlik müddətlərini ləğv edib. Prezidentliyi dövründə Kaqame mütəmadi olaraq insan haqları təşkilatları tərəfindən tənqid edilir və onu müxalifəti vəhşicəsinə sıxışdırmaqda, eləcə də hazırkı hakimiyyət əleyhinə danışan hər kəsi oğurlamaqda və öldürməkdə ittiham edir.
Hazırkı qələbəsindən sonra cənab Kaqame ölkəni 2029-cu ilə qədər idarə edəcək, sonra isə daha beş il müddətinə namizədliyini irəli sürə biləcək. Pol Kaqamenin indi 66 yaşı var.
Nizami Bağırov
Şərhlər