Xəbər lenti

Paris-2024-ün açılışında bir mahnı oxuyacaq, 2 milyon dollar qazanacaq
İdman 17:38 24.07.2024

Paris-2024-ün açılışında bir mahnı oxuyacaq, 2 milyon dollar qazanacaq

Ağır xəstə olan müğənni Selin Dion 2024-cü il Olimpiadasındakı çıxışına görə 2 milyon dollar qazanacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

İyulun 26-da Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Jurnalistlərin məlumatına görə, qala tədbirdə Selin Dion da iştirak edəcək. Müğənni bir mahnı ifa edəcək və bunun üçün 2 milyon dollar alacaq. Bundan əlavə, estrada müğənnisi bütün yol xərclərini özü ödəməlidir. Onun özünü yaxşı hiss etdiyi qeyd edilir.

2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğudur. Müalicə kursu ilə əlaqədar müğənni 40-a yaxın konsertini ləğv edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->