Xəbər lenti

Narkotik asılılığını etiraf etdi:
Maqazin 19:35 07.10.2024

Narkotik asılılığını etiraf etdi: "Ölüm kimi hiss etdim"

Məşhur kanadalı müğənni Castin Biber narkotik asılılığından danışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Standard" yazıb.

30 yaşlı sənətçi əvvəllər narkotiklə bağlı ciddi problemləri olduğunu etiraf edib. Üstəlik, bəzən qadağan olunmuş maddələrdən sui-istifadə fəlakətli hadisələrə səbəb olub. Məsələn, cangüdənləri hər gecə Biberin sağ olub-olmadığını yoxlamalı olurmuş.

"Ölüm kimi hiss etdim. Nəbzimi yoxlamaq üçün gecə cangüdənim gəldi. İnsanlar hər şeyin necə pis olduğunu başa düşmürlər, həqiqətən də dəhşətlidir", deyə Biber etiraf edib.

O, günlərinin narkotiklə necə başladığını da xatırlayıb. Castin yuxudan oyanır və dərhal bir həb qəbul edir, sonra ot çəkirmiş. Lakin sonradan o, öz həyatını dəyişməli olduğunu başa düşüb.

"Bu sadəcə qorxulu idi. Bir dəfə dedim ki, "Allah varsa, mən bunun öhdəsindən gələcəm". İlahi, mənə "bu işin öhdəsindən gəl, qalanını edəcəm dedi". Mən bunu bacardım", deyə müğənni bildirib.

Qeyd edək ki, Castin uşaq vaxtında məşhurlaşıb. Sonra bir musiqi meneceri "YouTube"da onun videolarından birinə rast gəlib və onunla işləməyə başlatıb. Bir müddət sonra yeniyetmə "Island Records" səsyazma şirkəti ilə müqavilə imzalayıb.

Biberin ilk sinqlı "One Time" 2009-cu ildə buraxılıb və dərhal Kanada qrafikinin ilk 10-luğuna daxil olub.


"Billboard Hot 100"də debüt albomundan yeddi mahnısı olan ilk sənətçi olub.

Xatırladaq ki, bu yaxınlarda Castin Biber ilk dəfə ata olub. Həyat yoldaşı Heyli Cek Blyuz Biber adlı bir oğlu dünyaya gətirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->