Xəbər lenti

Ekonomiks 16:58 09.09.2025

"Avropa Beynəlxalq Hospital"a maliyyə sanksiyası tətbiq edildi

"Avropa Beynəlxalq Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib.

Qaynarinfo-nun məlumatına görə, sözügedən hospitalda operativ vergi nəzarəti həyata keçirilib. 

Nəticədə operativ vergi nəzarəti üzrə - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, "Avropa Beynəlxalq Hospital" MMC-nin qanuni təmsilçisi Samir Şükürov Dünyamali oğludur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->